“Qarabağ”ın “Benfika” ilə şərikli rekordu

11.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” ev oyunlarındakı məhsuldarlıq seriyasını 4-ə çatdırıb.

News24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasında ardıcıl 4 dəfə qonaqların qapısına 3 və daha çox qol vurub.

“Neftçi”ni 4:0, “Sabah”ı 3:2, “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edən Ağdam klubu XIII turda “Zirə”nin qapısından 4 cavabsız top keçirib. “Qarabağ”ın meydanında üçdən az qol buraxan sonuncu komanda “Səbail” olub. Bakılılar 1:2 hesabı ilə uduzub.

Bu, bütün dünya liqalarında davam edən analoji seriyalar arasında rekord göstəricidir. Təmsilçimiz kimi daha 4 komanda qonaqları “top atəşi”nə tutmaqda davam edir.

Onlardan ikisi yüksək dəstə təmsilçisidir. “Benfika” Portuqaliyada, “Flora” Estoniyada amansız meydan sahibidir. Aşağı liqa klublarından “Loryan” Fransada, “Esters” İsveçdə ardıcıl 4 ev oyununda “3+” qola imza atıb.

Qeyd edək ki, “Qarabağ” çempionatdakı növbəti ev oyununu XVII turda “Sumqayıt”a qarşı keçirəcək.\\İdman.biz 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью