Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb Deputat

08.05.2025

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən xüsusi iclasda çıxışı zamanı deputat Vüqar Bayramov deyib.

"Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq", - deyə deputat bildirib.

Nicat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью