Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir.
SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün 4 milyard manat vəsait nəzərdə tutulub: “Bu vəsait orta müddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.