Qarabağın bərpasına 4 milyard manat AYRILACAQ

25.11.2024

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün 4 milyard manat vəsait nəzərdə tutulub: “Bu vəsait orta müddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək. Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir”./mocern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью