Qarabağın bərpasına nə qədər pul ayrılıb? | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə 62 mindən artıq insan məskunlaşıb. Təkcə Laçın rayonunda 5 mindən çox sakin yaşayır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Tahir Mirkişili bildirib.
“İndiyədək Azərbaycan dövləti həmin ərazilərin bərpasına təxminən 22 milyard manat vəsait yönəldib.
Müqayisə üçün qeyd edim ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin illik gəlirlərini iki dəfə, Gürcüstan büdcəsinin gəlirlərini isə 1,4 dəfə üstələyir.
Bu göstəricilər göstərir ki, Azərbaycan həmin ərazilərin yenidən qurulması və inteqrasiyası istiqamətində çox genişmiqyaslı işlər həyata keçirir”, – deputat vurğulayıb.
Safura Bənnayeva Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu