“Qarabağ”ın bir oyunu ləğv edildi

19.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də Avstriyada Azərbaycan çempionu “Qarabağ”a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.

Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью