Qarabağın bir zədəlisi başladı, ikisi üçün il vaxtından əvvəl bitdi

05.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Qarabağ"ın iki futbolçusu il komandasına kömək edə bilməyəcək.

Bunu Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:

"Təssüf ki, yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medina üçün il erkən başa çatıb. İsayev bu gün qasıq nahiyəsindən əməliyyat olunacaq. O, təxminən bir ay oynamayacaq. Misli Premyer Liqasının XV turunda "Neftçi" ilə səfər oyununda zədələnən Medinanın isə baldır əzələsində problem yaranıb. Müayinənin nəticələrinə əsasən kolumbiyalı legioner də 4-6 həftə müalicə olunmalıdır".

Klub rəsmisi "Neftçi" ilə görüşdə xəsarət alan və Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə görüşü buraxan Julio Romaonun da son vəziyyəti barədə məlumat verib: "Romao artıq məşqlərə başlayıb".

Nihat 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью