Qarabağın Bodo Qlimtlə oyunu onlara tapşırıldı

05.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Avropa Liqasının 4-cü turunun "Bodo Qlimt" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, matç portuqaliyalı referi Luis Qodinoya həvalə edilib. Ona həmyerliləri Rui Teyşeyra, Pedro Almeyda və Andre Narkiso köməklik edəcək.

Ugo Migel VAR hakimi, Fabio Oliveyra Melo isə AVAR hakimi təyin edilib.

Xatırladaq ki, Norveçdə keçiriləcək matç noyabrın 7-i Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью