“Qarabağ”ın bolqarlarla oyunlarına təyinatlar

18.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək.

Ona yan xətt hakimləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna fəaliyyət göstərəcək.

Səfərdəki görüşdə belçikalı FIFA referisi Bram Van Drişşe baş hakim olacaq. Ona həmyerliləri Mişel Seldreyers və İv De Neve kömək edəcəklər. Kevin Van Damme dördüncü hakim fuknsiyasını yerinə yetirəcək. VAR-da Bert Put, AVAR-da Vesli De Kremer yer alacaq.

“Qarabağ” – ÇSKA oyunu iyulun 23-də, cavab matçı iyulun 30-da səfərdə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью