“Qarabağ”ın braziliyalı futbolçusu: Çempionlar Liqasında yeni tarix yazacağımıza inanırıq

28.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Çempionlar Liqasında yeni tarix yaza biləcəyimizə inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva ölkəsinin mətbuatına açıqlamasında deyib.

Sağ cinah müdafiəçisi Çempionlar Liqasında mübarizə aparmağın hər bir futbolçunun arzusu olduğunu bildirib: “Belə bir turnirin əsas mərhələsində çıxış etmək mənim üçün çox xoşdur. Bu, hər bir futbolçunun arzusudur. Belə böyük oyunlarda komandama kömək etmək xüsusi hissdir. Komandamızda çox güclü birlik var və biz tarix yaza biləcəyimizə inanırıq. İndi əsas məqsəd emosiyalara qapılmamaq və bütün diqqəti “Liverpul”la oyuna yönəltməkdir”.

Qeyd edək ki, Mateus Silva Çempionlar Liqasında ən çox qayda pozuntusuna (23) məruz qalan futbolçu olmaqla yanaşı, ən çox ikili mübarizə qazanan oyunçular arasındadır (56 dəfə).

Xatırladaq ki, yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью