Qarabağın bu futbolçuları sıradan çıxdı

05.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Aleksey İsayev və madafiəçi Kevin Medinadır.

Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq. O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək. Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında sıradan çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью