“Qarabağ”ın bu gün oyunu var

27.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.

27 avqust

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)

Baş hakim: Rohit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью