“Qarabağ”ın bu oyunu finala bərabər olacaq Futbol şərhçisi | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.
Azərbaycanı təmsil edən "Qarabağ" klubu İspaniya səfərində "Atletik - Bilbao" ilə üz-üzə gələcək.
"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki xal qazanmayıb.
Tanınmış telejurnalist, futbol şərhçisi Rövşən Binnətli bildiri ki, “Qarabağ” klubu “Atletik"lə oyuna lider kimi gedir: “Çempionlar Liqası iştirakçı komandaların özünü ən yaxşı tərəfdən göstərmək istədiyi futbol turniridir.
“Qarabağ”ın startı gözləniləndən də yüksək oldu. İki oyundan iki qələbə çoxları üçün - etiraf etməsələr də -sürpriz nəticədir.
O demək deyil ki, “Qarabağ” bu qələbələrə layiq deyil. Digər tərəfdən, “Atletik-Bilbao”ya baxaq: iki oyun keçirib, hər ikisində məğlub olub.
Tam oxu
Xəbəri oxu