Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə əldə edib.
Futbolpress.az xəbər verir ki, “atlılar” dünən “Liverpul”a məğlub olmasına baxmayaraq (0:6) 22-ci sırada qərarlaşıb və növbəti mərhələyə yüksəlib.
“Qarabağ” pley-offlara qaldığı üçün 1, Liqa mərhələsini ilk “24-lük”də bitirdiyi üçünsə 4.5 milyon avro gəlir qazanıb. Azərbaycan çempionunun dünənki nəticədən sonra qazancı ümumilikdə 5.5 milyon avro olub.
“Qarabağ” pley-off mərhələsini adlayıb, 1/8 finala yüksəlsə, əlavə 11 milyon avro qazanacaq.
Azərbaycan təmsilçisi bu mövsüm 36 milyon avrodan çox qazanıb. “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro qazanmışdı. Bu mərhələdə hər qələbə 2.1, heç-heçə 700 min avro qazandırır. “Qarabağ” Liqa mərhələsini 3 qələbə (6,3 milyon), 1 heç-heçə (700 min avro) ilə tamamlayıb. Bu mərhələdən ümumi gəlir 7 milyon avro olub.
Pley-offa vəsiqə və “24-lük”də yer tutmaq isə 5.5 milyon avro qazandırıb. Klubun bu mövsüm ÇL-dən ümumi qazancı hələlik 36 milyon 200 min avro (73 milyon 797 min 320 AZN).
“Qarabağ” pley-off mərhələsində PSJ və ya “Nyukasl”la qarşılaşacaq. Püşkatma mərasimi yanvarın 30-da olacaq.