Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Liverpul"un müdafiəçisi Co Qomes İtaliya A Seriyasına keçməyə yaxındır. SİA xəbər verir ki, bu barədə "Calciomercato" portalı məlumat yayıb.
"Milan" 28 yaşlı futbolçunu transfer etmək istəyir. "Rossonerilər" bir müddətdir oyunçu ilə danışıqlar aparır və Mersisayd təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, müdafiəçi 2015-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Bazar dəyəri 15 milyon avro qiymətləndirilən C.Qomes cari mövsümdə Premyer Liqada 10 matça çıxıb və 2 məhsuldar ötürmə edib.