“Qarabağ”ın ÇL də ev oyunlarını keçirəcəyi stadion bəlli oldu

31.08.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində bütün ev görüşlərini keçirəcəyi arena dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bakıdakı 30 mindən artıq tamaşaçı tutumuna malik arenada artıq Çempionlar Liqasının qarşılaşmalarına hazırlıq işləri görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью