“Qarabağ”ın ÇL də növbəti sınağı Video

05.11.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının IV turu çərçivəsində doğma divarlar arasında “Çelsi” ilə qarşılaşacaq. Azarkeşlərin əksəriyyəti komandamızın “Çelsi”ni məğlub edəcəyini düşünürlər. Hətta “Qarabağ”ın Çempionlar Liqasını qazanmasını istəyənlər də var. Komandamızın ilk iki oyundakı qələbəsi bəlkə də bu gözləntiləri yüksəltdi, ancaq biz çox şey istəyirik və tələb edirik. Bəzən reallıqları görmək istəmirik.

Bu sözləri Axar TV-yə müsahibəsində idman jurnalisti Ceyhun Rzayev bildirib.

“Reallıq isə odur ki, “Qarabağ” Çempionlar Liqasının ən zəif, ən aşağı büdcəli komandalarından biridir. Komandamızın əsas mərhələdə oynaması belə böyük uğurdur. Bu gün keçiriləcək oyuna gəldikdə isə “Çelsi” ümumiyyətlə çox güclü komandadır. İngilis klubu əgər komandamızı ciddiyə alsa və oyuna tam ciddi yanaşsa, klubumuzun qazanmaq şansı yoxdur”, - jurnalist bildirib.

Daha ətraflı videoda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью