futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsini 22-ci sırada bitirib. “Atlılar” Azərbaycan futbolu tarixində turnirin pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda olub.
“Qarabağ” Liqa mərhələsində keçirdiyi 8 oyunun 3-də qələbə qazanıb, 4-də uduzub. Komandanın yeganə heç-heçəsi Bakıda “Çelsi”yə qarşı olub – 2:2. “Qarabağ” avrokuboklarda İngiltərə komandalarından xal alan ilk Azərbaycan klubudur.
“Qarabağ” 8 oyunda 13 qol vurub, 21-ni buraxıb. Komanda hər oyuna ortahesabla 1.63 qol vurub, 2.63 qol buraxıb. Azərbaycan çempionunun 8 oyunda ötürmə dəqiqliyi ortalama 83 aiz olub.
“Qarabağ”ın topa sahibolma göstəricisi 48.38 faizdir. Qurban Qurbanovun yetirmələri 8 görüşdə 10 dəfə sarı vərəqə ilə cəzalanıb. Komandada bu mərhələdə qırmızı vərəqə alan olmayıb.
“Qarabağ”ın bu mərhələdəki bombardiri isə Kamilo Durandır. Kolumbiyalı hücumçu 8 görüşdə 4 qolla komandasının nəticələrində əsas pay sahiblərindən olub.
“Qarabağ” pley-off mərhələsində Fransanın PSJ və ya İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq. Püşkatma mərasimi yanvarın 30-da olacaq.