“Qarabağ”ın da UEFA da reytinq mövqeyi dəyişdi | Icma.az
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısına yeniləmə edib.
QOL.az-ın məlumatına görə, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.
Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub.
Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var.
Ümumilikdə Azərbaycan klublarının son reytinq sıralaması aşağıda qeyd edilən kimidir: 67 (-1). Qarabağ” - 32.000 187 (0).
“Neftçi” - 8.000 310 (0). “Zirə” - 4.000 311 (0). “Sabah” - 4.000 315 (0). “Sumqayıt” - 4.000 332 (-4). “Qəbələ” - 3.000 333 (-3).
“Şamaxı” - 2.500 Daha öncə xəbər verdiyimiz kimi, UEFA reytinqində Azərbaycan da ölkə 1 pillə geriləyib və hazırda 29-cu yerdədir.
Tam oxu
Xəbəri oxu