Qarabağın daha bir futbolçusu Elfsborqla oyunu buraxacaq

11.12.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq. Bu barədə SİA-ya Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью