“Qarabağ”ın daha bir futbolçusu zədələndi İdmanXəbər

15.11.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

İdmanxeber.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Millimizin futbolçusu Toral Bayramov (“Qarabağ”) zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Əlavə edək ki, yığmamızın digər üzvü Elvin Cəfərquliyev (“Qarabağ”) də sözügedən görüşü buraxacaq. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Elvin 2 gün əvvəl İslandiya ilə matçda da iştirak etməyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью