Qarabağın daha bir rəqibi müəyyənləşib

23.12.2024

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də "Zirə" ilə qarşılaşacaq.

"Köhlən atlar" 2024/2025 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin yanvarın 3-də bir araya gələcək. Klubun hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq.

Qeyd edək ki, yoxlama görüşündə "Qarabağ" ilk olaraq, yanvarın 9-da "Kəpəz"lə üz-üzə gələcək.

“Neftçi” – “Qarabağ” matçında mövsümün rekordu qeydə alınıb "Qarabağ" rəqiblərini qabaqladı Ozobiçdən növbəti uğur: "Qəbələ", "Qarabağ", indi də "Neftçi"də "Neftçi" "Kəpəz"dən də geri qalıb FIFA Elçin Məsiyevi fərqləndirdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью