“Qarabağ”ın dəvəti ilə 10 klub nümayəndəsi Bakıya gəlib

15.11.2024

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i gün ərzində Bakıya təşrif buyurub.

Futbolpress.az xəbər verir ki, artıq bütün klub nümayəndələri Bakıdadır. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda komandamızla yanaşı 10 klub yer alacaq.

Ağdam təmsilçisinin dəvəti ilə COP29-da iştirak edəcək klublar – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər. Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr reallaşdıran bu klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcək.

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

COP29, Əsas xəbərlər COP29: Liderlər Sammitinin açılış mərasimi keçirildi

12 Noyabr 2024, 14:33

Əsas xəbərlər, Ümumi idman Millinin ev oyunlarının vaxtı dəyişdi

25 Sentyabr 2024, 16:20

COP29 COP29-un prezidenti Assefa ilə görüşdü

1 İyul 2024, 18:12

COP29 COP29-un prezidenti GECF-in baş katibi ilə görüşdü

6 İyun 2024, 14:10

COP29 COP29 sədrliyi FAO ilə danışıqlar aparıb

5 İyun 2024, 11:57

COP29 Baydendən COP29-la bağlı məktub

4 İyun 2024, 11:37

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью