Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən “Sabah” - “Barselona” matçını 66 min 321 azarkeş izləyib.
İdman.Biz xəbər verir ki, 69 min 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda qeydə alınan bu göstərici arenanın rekordunu yeniləməyə kifayət etməyib.
Bakı Olimpiya Stadionunda ən çox azarkeş 2017-ci il sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Roma” (1:2) qarşılaşmasında qeydə alınıb. Həmin görüşü 67 min 200 nəfər tribunadan izləyib.
Bakı Olimpiya Stadionunda keçirilmiş və yüksək tamaşaçı sayı ilə yadda qalmış qarşılaşmaların siyahısı belədir:
“Qarabağ” – “Roma” (1:2) – 27 sentyabr 2017-ci il – 67 200 tamaşaçı;
“Qarabağ” – “Çelsi” (0:4) – 22 noyabr 2017-ci il – 67 100 tamaşaçı;
“Sabah” – “Barselona” (1:4) – 25 noyabr 2026-cı il – 66 321 tamaşaçı;
“Qarabağ” – “Arsenal” (0:3) – 4 oktyabr 2018-ci il – 63 412 tamaşaçı;
“Çelsi” – “Arsenal” (4:1) – 29 may 2019-cu il – 51 370 tamaşaçı.
Beləliklə, “Sabah” - “Barselona” matçı Bakı Olimpiya Stadionunun tarixində ən çox azarkeş toplayan qarşılaşmalar arasında üçüncü yerdə qərarlaşıb.