“Qarabağ”ın Duran üçün istədiyi məbləğ bilindi

05.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Qlazqo təmsilçisi kolumbiyalının heyətə cəlb edilməsi üçün “atlılar”la bir müddətdir, danışıqlar aparır. Bu barədə “Daily Record” nəşri məlumat yayıb.

“Qarabağ”ın Duran üçün 3 milyon funt-sterlinq tələb etdiyi bildirilib. Keçid bu məbləğə baş tutsa, bu, Azərbaycan futbolu üçün rekord transfer olacaq.

24 yaşlı hücumçu ötən il 200 min avro qarşılığında “Qarabağ”a keçib. O, “atlılar”la 45 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью