Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Bədavi Hüseynovla yeni müqavilə imzalayıb.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvü ilə sözləşmənin müddətini daha bir il artırıb. Yeni razılaşmaya əsasən, 34 yaşlı futbolçu 2027-ci ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək.
2012-ci ildən Ağdam klubunda çıxış edən Bədavi Hüseynov Premyer Liqada “Qarabağ”ın heyətində 267 oyuna çıxıb və beş qol vurub. Təcrübəli müdafiəçi komanda ilə 11 dəfə Azərbaycan çempionu olub, beş dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan millisində 82 matç keçirib və bir qola imza atıb.