Icma.az, Idman.biz saytına istinadən bildirir.
Meksika çempionatında üçüncü turun matçları keçirilib.
İdman.Biz xəbər verir ki, Mexikonun “UNAM Pumas” klubu səfərdə Suidad-Xuaresin “Xuares” komandasının qonağı olub.
“Estadio Olimpiko Benito Xuares”də baş tutan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın keçmiş forvardı, hazırda “Pumas”da çıxış edən Juninyo matçda het-trik edib.
18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açan braziliyalı cəmi 4 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. 40-cı dəqiqədə Robert Morales hesabı 0:3 edib. Meydan sahibləri 45+4-cü dəqiqədə Xose Luis Rodrigesin qolu ilə hesabı 1:3 ediblər. 49-cu dəqiqədə Juninyo het-trik edib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə Gilyermo Martines qoyub – 1:5.
Braziliyalı Juninyo 2023-24-cü illərdə “Qarabağ”da çıxış edib. 30 yaşlı forvard əvvəllər “Flamenqo” “Qremio” kimi klublarda oynayıb.