Qarabağın Elfsborqla oyununun hakimi bilindi

10.12.2024

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın UEFA Avropa Liqasında keçirəcəyi növbəti oyuna təyinatlar açıqlanıb. 

Fanat.Az xəbər verir ki, İsveçdə yerli "Elfsborq"la baş tutacaq qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

FİFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.

Stefano Podeski (San Marino) hakim-inspektor, Yan Atkins (İngiltərə) UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью