sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bu gün Azərbaycan Əvəzedicilər Liqasında XV tura yekun vurulub.
Sport24.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. "Neftçi"nin əvəzedici komandası "Qarabağ-2" ilə üz-üzə gəlib.
Görüş "atlılar"ın qələbəsiylə başa çatıb – 2:0. Qolları Nicat Mehralıyev və Hikmət Cəbrayılzadə vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.