Qarabağın forvardı dünya reytinqinə düşdü, lider millimizə qol vuran hücumçudur

04.12.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü il üçün dünyanın ən çox qol vuran oyunçularının siyahısını açıqlayıb. 

Sportal.az xəbər verir ki, 54 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun da adı var. O, 26 qolla 45-ci yerdədir. 

Braziliyalı Misli Premyer Liqasında 10, kubokda 5, avrokuboklarda 11 qol vurub.

Lider isə İsveç millisinin forvardı, Millətlər Liqasının 6-cı turunda Azərbaycan millisi ilə qarşılaşmasında (6:0) pokerə imza atan, Portuqaliyanın “Sportinq” klubunun forvardı Viktor Dyökeresdir (59 qol).
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью