Qarabağın forvardı Sevilyaya görə bunu etdi

06.01.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Braziliya mətbuatı “Qarabağ”ın hücumçusu Juninyonun “Flamenqo”ya keçməkdən imtina etməsi haqda xəbər dərc edilib. 

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo” Juninyo üçün “Qarabağ”a “Sevilya”nın təklif etdiyi məbləği ödəməyə hazır olub. Üstəlik, onlar braziliyalı forvarda İspaniyada qazanacağından daha çox maaş vermək istəyib.

Lakin Juninyo vətənə qayıtmaq əvəzinə “Sevilya”nı seçib.

Xatırladaq ki, braziliyalının transferi hələ rəsmən açıqlanmasa da, tərəflərin artıq razılığa gəldiyi bildirilir.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью