“Qarabağ”ın futbolçuları bizimlə bir oteldə qalacaqları, bu, həqiqətən gülməlidir” İdmanXəbər

17.12.2024

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasının Liqa yolunda növbəti tur “Qarabağ” Rumıniyanın FKSB klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Rumıniya klubunun İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka ölkəsinin məatbuatına açıqlamasında “Qarabağ”ın da onlarla birgə eyni oteldə qalacağını iddia edib:

“Yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə yoldaşlıq oyunu keçirəcəyik. Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, “Qarabağ”ın məşqçiləri və futbolçuları bizimlə bir oteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir”.

“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью