Qarabağın futbolçusu 3 həftə meydanlardan kənarda qalacaq

21.11.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Sfera.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью