Qarabağın futbolçusu bir həftə yaşıl meydanlardan uzaq qalacaq

03.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.

Qeyd edək ki, Julio Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədə alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью