Qarabağın futbolçusu Ferents Puşkaş mükafatına namizəd olub

29.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

"Report" FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi beynəlxalq yoldaşlıq matçında baş tutan Əlcəzair - CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью