Qarabağın futbolçusu Ferents Puşkaş mükafatına namizəd olub

29.11.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub. SİA-nın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью