“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Qarabağ”ın futbolçusu İrəvanda - Şəkil

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində İrəvanda Ermənistan yığmasına qarşı oynayıb.

QOL.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 2-ci tur matçına start heyətində çıxıb və 90 dəqiqə meydanda olub.

Monteneqro səfərdə Ermənistanı 3:2 hesabı ilə məğlub edib. Yankoviç də komandasının qələbə qazandığı görüşdə iştirak edib.

Bu nəticədən sonra Monteneqro 2 oyundan 6 xalla qrupun lideridir. Ermənistan isə 3 xalla 2-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью