“Qarabağ”ın futbolçusu: “Kədərlənməyə vaxtımız yoxdur”

31.07.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əlbəttə, nəticədən razı deyilik. Amma futbolun bir parçası da budur".

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

"Anewz TV"yə açıqlama verən monteneqrolu yarımmüdafiəçi Bolqarıstanda ÇSKA-ya penaltilər seriyasında uduzduqları UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Bəzən daha yaxşı oynasan belə, qələbə qazana bilmirsən. Mən demirəm ki, bu oyunda biz rəqibdən üstün idik. Sadəcə, futbolda belə hallar olur. İndi oyunu təhlil edib hansı məqamları yaxşılaşdırmalı olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var".

Yankoviç komandanın diqqətini növbəti matçlara yönəltməli olduğunu bildirib:

"Amma dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənməyə vaxtımız yoxdur. Qarşıda bizi yeni oyunlar gözləyir. Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью