“Qarabağ”ın futbolçusu qışda komandanı tərk edə bilər İdmanXəbər

02.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın futbolçusu Redon Cica komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu Albaniya mətbuatına müsahibə verib. O bildirib ki, Ağdam klubunda az forma şansı qazandığı üçün klubdan ayrıla bilər. Cica karyerasını ölkəsində davam etdirəcəyini də istisna etməyib:

“Albaniya Superliqasına qayıtmağım mümkündür. Bu məsələ açıq qalır. Amma hələ bəzi məsələlər aydınlaşmalıdır. “Qarabağ”da çox az oynayıram. Karyeram barədə ə yaxşı variantı seçəcəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью