Qarabağın futbolçusu: Sabahkı oyun çox maraqlı olacaq

27.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

"Lion"la matç çox maraqlı olacaq.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Lion"da çox böyük fərq var. Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər. İndi də yüksək səviyyəli kollektiv var".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək. Benzia 2011-2015-ci illər aralığında "Lion"un formasını geyinib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью