Qarabağın futbolçusu Sevilyaya keçməkdən imtina edib

08.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo İspaniyanın "Sevilya" klubuna transfer olmaqdan imtina edib.

Bu barədə "Report"a açıqlamasında futbol agenti Tural Əsgərli bildirib.

"Juninyo dünən "Sevilya"ya transfer olmaq qərarından imtina edib. Amma onun Braziliya təmsilçisi "Flamenqo"da oynaycağını söyləmək hələlik çox tezdir. Çünki klub ilk olaraq "Qarabağ"la ortaq məxrəcə gəlməlidir", - deyə T.Əsgərli vurğulayıb.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı forvard Azərbaycan çempionatının və kubokunun qalibi olub. Tural Əsgərli 28 yaşlı hücumçunun "Qarabağ"a keçidində vasitəçi olub. O, braziliyalı forvardın agenti ilə əməkdaşlıq müqaviləsi olduğundan prosesdə iştirak edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью