“Qarabağ”ın futbolçusu zədədən sonra ilk dəfə göründü VİDEO

18.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra ilk dəfə kameraların obyektivinə düşüb.

İdman.Biz xəbər verir ki, futbolçu “Qarabağ”ın “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının altıncı turunun matçında tribunada olub.

Cəfərquliyev qarşılaşmanı tribunadan izləyib. O, əsa ilə hərəkət edib və sərbəst yeriməkdə hələ də çətinlik çəkdiyi nəzərə çarpıb.

Xatırladaq ki, Cəfərquliyev ağır zədəni UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Kiyev “Dinamo”suna qarşı oyunda alıb.

Həkimlərin ilkin qiymətləndirmələrinə əsasən, futbolçunun tam bərpası və məşqlərə qayıtması təxminən üç ay çəkə bilər. Yaşıl meydanlara qayıdış müddəti isə reabilitasiya prosesinin gedişindən asılı olacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью