“Qarabağ”ın futbolçusundan dünya “rekord”u İdman və Biz

28.12.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, dünyanın anrtirekordçularını İFFHS açıqlayıb.

İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.

Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Misli Premyer Liqasının “Araz-Naxçıvan”la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını “nadir nailiyyət” kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub. Oktyabrın 24-də “poker”i rəsmiləşən Cəfərquliyevə çatan digər iki futbolçu ona noyabr və dekabrda çatıblar.

Elvinin şərikləri isə braziliyalılardır. Joao Viktor “Vasko de Qama”, Alan Rasçel “Yuventud”da fərqlənib. Hər iki oyunçu 4 qırmızı vərəqə alıb.

Qeyd edək ki, meydandan 4 dəfə qovulanlar arasında ən az oyun keçirən Viktordur. O, 37 qarşılaşmada, Rasçel 48, Elvin isə 53 matçda bu qədər cəza alıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью