Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın əvəzedici heyətində çıxış edən Nihad Həsənzadə əməliyyat olunacaq.
Bu barədə İdmanxeber.az-saytına futbolçu özü məlumat verib. Həsənzadənin “Sabah 2” ilə oyunda burnu sınıb:
“Oyun epizodunda üzümə zərbə aldın. Və nəticədə burnum sındı. Bu gün əməliyyat olunacam. Yaşıl meydanlara nə zaman dönəcəyimi indidən deyə bilmirəm. Bu barədə həkimlər nə məsləhət görsə, elə də olacaq”.