“Qarabağ”ın futbolçusunun durumuna aydınlıq gəldi ÖZƏL

26.02.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın futbolçusu Abbas Hüseynovun durumuna aydınlıq gəlib.

Apasport.az saytına verilən məlumata görə, müdafiəçi artıq müalicəsini başa vurub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”ə qarşı ilk görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk edən Hüseynov bir həftədən sonra məşqlərə başlayacaq.

Onun kollektivlə məşqlərə qoşulması da uzun çəkməyəcək.

Abbas Hüseynov əzələsində problem yarandığı üçün “Səbail”lə görüşü başa vura bilməyib.

Qeyd edək ki, müdafiəçi 2017-ci ildən Ağdam klubunun şərəfini qoruyur.

PFL rəsmisi Konfrans Liqası matçında Renat Azərbaycan klublarından son anda imtina edib - Ölkəyə gəlirmiş Millimizin baş məşqçisi: "İkinci görüşdə fərdi səhvlərə görə məğlub olduq" Günün canlı yayımlanacaq matçları “Qəbələ” – “Karvan” oyununun hakimləri bəlli olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью