“Qarabağ”ın futbolçusunun inanılmaz uğuru Bunu avrokuboklarda yalnız o edib!

23.10.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kabo-Verdelii futbolçu üç fərqli oyunda — “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Dekabr 2023 – “Qarabağ” - “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi

Yanvar 2025 – “Qarabağ” - FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi

Oktyabr 2025 – “Qarabağ” - “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью