Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Qarabağ"ın futbolçusu Aleksey Kaşukun karyerasını ölkəsində davam etdirmək üçün bir neçə variantı var. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Ukrayna millisinin üzvü ölkəsinin iki Premyer Liqa klubunun maraq dairəsinə düşüb. Söhbət "Polesye" və "Xarkov"dan gedir.
Bununla belə, Kaşukun Ukraynaya qayıdışı asan olmaya bilər. Keçidin qarşısındakı əsas maneə maliyyə şərtləridir. Belə ki, vingerin "Qarabağ"la sərfəli müqaviləsi var və Ukrayna klublarının ona daha yaxşı şərtlər təklif etməsi çətin görünür.
Qeyd edək ki, Kaşuk cari mövsümdə 19 matçda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Ukrayna millisində debütünü Şimali İrlandiya ilə görüşdə edib, daha sonra Gürcüstanla matçda da forma geyinib.