“Qarabağ”ın Gəncədəki oyununda anşlaq olacaq

17.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz” Misli Premyer Liqasının XII turunda “Qarabağ”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matç üçün artıq 8400 bilet satılıb. Bu barədə “Sarı-göylər”in mətbuat xidməti məlumat yayıb.

Noyabrın 22-də baş tutacaq matça 17:00-da start veriləcək.

“Kəpəz” 11 turdan sonra 17 xalla altıncıdır. 20 xalı olan “Qarabağ” isə 4-cü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью