“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?

21.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?

"Qarabağ” daha bir legioneri xarici klubun maraq dairəsindədir.

QOL.az xəbər verir ki, söhbət kolumbiyalı Kamilo Durandan gedir.

Şotlandiyanın “The Scottish Sun” nəşrinin yaydığı xəbərə əsasən, Ağdam klubunun hücumçusu ölkə çempionu “Seltik”in maraq dairəsinə düşüb. Məlumata görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı forvardı yaxından izləyir.

Hələlik “Seltik”in “Qarabağ”a rəsmi təklif göndərib-göndərmədiyi məlum deyil. Bununla belə, Azərbaycan çempionunun futbolçunun transferindən ən azı 2 milyon funt-sterlinq (təxminən 4,5 milyon manat) qazanmaq istədiyi bildirilir.

Qeyd edək ki, Kamilo Duran ötən ilin yayından “Qarabağ”ın formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlərdə 15 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью