futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının VIII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.
– Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsünüz?
– Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.
– İki hissə arasında hansı fərq var idi?
– Əvəzetmələr “Qarabağ”ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma “Qarabağ”ın haqqını vermək lazımdır. Yaxşı oynadılar.
– Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?
– Xeyr, belə planlaşdırmışdıq.